EN

ABŞ Çin və Honkonq şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Çin və Honkonqda bir neçə nəfər də daxil olmaqla, 10 şəxsə və şirkətə qarşı sanksiyalar elan edib.

Musavat.com nazirliyin İnternet saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, onlar İran ordusuna silah və texnologiya tədarükündə kömək ediblər: "ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran ordusuna silah təchizatının, eləcə də İranın Şahed seriyalı pilotsuz uçuş aparatlarının (PUA) və ballistik raket proqramında istifadə olunan xammalın təmin edilməsində kömək etdiklərinə görə Yaxın Şərq, Asiya və Şərqi Avropada yerləşən 10 şəxs və şirkətə sanksiya tətbiq edib".

Sanksiya tətbiq edilən şəxslər arasında Armory Alliance şirkətinin baş direktoru və  Belarusda İranın silah tədarükündə uzun müddətdir vasitəçi olan Belarus vətəndaşı Məhəmməd Əli Tolibo, həmçinin İran vətəndaşı və Armory Alliance şirkətinin Belarusda yaşayan əməkdaşı Məhəmmədməhdi Maleki də var.

Bundan əlavə, sanksiya tətbiq edilənlər arasında Hitex şirkətinin satış, tədarük və maliyyə əməliyyatlarına nəzarət edən qanuni nümayəndəsi Çin vətəndaşı Li Genping də var.

Armory Alliance və Hitex Insulation Ningbo Company Limited şirkətləri də sanksiya siyahısına salınıb.

Sanksiya tətbiq edilən şirkətlər arasında Çinin Yushita Shanghai International Trade Co Ltd, Meentropy Technology və The Earth Eye Co şirkətləri var; Honkonqda yerləşən AE International Trade Co Limited, HK Hesin Industry Co Limited və Mustad Limited şirkətləri; və Dubayda yerləşən Elite Energy FZCO da var.

Musavat.com

Chosen
7
1
musavat.com

9Sources