EN

Məşhur modelin sirli ölümü: Şantaj, təhdid və cavabsız suallar

Sirli şəkildə vəfat etmiş türk bloqçunun ətrafında yaranan qalmaqal bitməməkdədir. Ailəsi iddia edir ki, o, açıq-saçıq fotolara görə şantaj edilib.

 Ölkə.az xəbər verir ki,  27 yaşlı  Türkiyə modasının tanınmış siması  olan  Ayşegül Eraslanın ölümü ilə bağlı ictimaiyyətdə müzakirələr hələ də davam etməkdədir.  Belə ki, ailəsindən gələn yeni iddialar  daha ciddi rezonansa  və narahatçılığa səbəb olub. Gənc qadının qohumları iddia edirlər ki, ölümündən əvvəl o, açıq fotolarına görə şantaj edilib və təhdidlər alıb və onların fikrincə, bu təhdidlər onun ölümündə ölümcül rol oynayıb.

Ailənin vəkili Həsən Yılmazın sözlərinə görə, qohumların əlində Eraslanın sistematik şəkildə intim görüşlərlə şantaj edildiyinə dair dəlillər var. Bu dəlillər artıq məhkəməyə təqdim edilib. Vəkil Türkiyənin "Sözcü" nəşrinə bildirib ki, iş üzrə şübhəlilər müəyyən edilib, lakin onların rəsmi ifadələri altı aydır ki, yekunlaşdırılmayıb. Ailə bloqqerin ölümünün səbəblərini son dərəcə şübhəli hesab etdiyi üçün istintaqın şübhəli ölümlərlə məşğul olan ixtisaslaşmış bir bölmə tərəfindən aparılmasında israr edir. Bundan əlavə, ailə nümayəndələri istintaq orqanlarından maksimum ictimai şəffaflıq tələb edirlər.

Ayşegül Eraslan 13 martda İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. 
Kağıthane İctimai Təhlükəsizlik Bürosunun məlumatına görə, Eraslan faciədən iki gün əvvəl martın 11-də Misir dən səfərindən qayıdıb. 

Hazırda  hadisə ilə bağlı istintaq araşdırması davam edir. 
Ayşegül Eraslan həyatı boyu Türkiyə moda dünyasında tanınmışlarından olub. Onun İnstaqram hesabında 361.000-dən çox izləyicisi olub.

 Həmidə

Chosen
57
1
olke.az

2Sources