Ajans.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib. “Heç kim danışıqlar barədə müzakirə aparmayıb, hələlik fasilədir, növbəti raund barədə heç bir razılıq əldə edilməyib”, - o bildirib. Uşakov vurğulayıb ki, Ukrayna tərəfi danışıqların növbəti mərhələsinin uğurlu olmasını təmin etmək üçün nə edilməli olduğunu bilir. Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.