EN

Ödəmə terminallarından 40 min manat oğurlanıb

Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə hafta.az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
23
24
hafta.az

10Sources