EN

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı 

Azərbaycan xalqının müasir tarixində silinməz iz qoymuş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və hüquqi islahatların həyata keçirilməsində müstəsna xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü dərin ehtiramla qeyd olunur. Bu gün yalnız böyük dövlət xadiminin xatirəsinin anılması deyil, həm də onun formalaşdırdığı hüquqi dövlət quruculuğu fəlsəfəsinin, insan hüquq və azadlıqlarına əsaslanan idarəçilik modelinin bir daha yada salınması baxımından xüsusi əhəmiyyət kəsb edir.Heydər Əliyevin siyasi irsinin əsas sütunlarından birini hüquqi dövlət prinsiplərinin bərqərar edilməsi təşkil edir. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda qanunun aliliyinin təmin olunması, hüquq sisteminin müasirləşdirilməsi və insan hüquqlarının qorunması istiqamətində fundamental addımlar atılmışdır. Xüsusilə müstəqillik dövründə qəbul edilən Konstitusiya və bir sıra mühüm qanunvericilik aktları ölkəmizdə demokratik idarəetmənin və hüquqi mexanizmlərin formalaşmasına güclü təkan vermişdir.Ümummilli Liderin hüquq siyasətində insan amili daim mərkəzdə dayanmışdır. Ulu Öndər dövlətin əsas məqsədinin vətəndaşın hüquq və azadlıqlarının qorunması, onun layiqli həyat şəraitinin təmin edilməsi olduğunu dəfələrlə vurğulamışdır. Bu yanaşma Azərbaycanın hüquqi inkişaf strategiyasının əsasını təşkil etmiş və bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.


İnsan hüquqlarının qorunması, hüquqi dövlətin qurulması vəvətəndaş cəmiyyətinin inkişafı istiqamətin islahatların əsası


Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə kompleks tədbirlər həyata keçirilmiş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.Müasir dövrdə qanunun aliliyi prinsipinə əməl olunması hüquqi dövlətin əsas əlamətlərindən biri kimi xarakterizə olunur. Bu nöqteyi-nəzərdən cəmiyyət həyatının bütün sferalarını əhatə edən ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınması ilə bağlı islahatların həyata keçirilməsi daim öz aktuallığını qoruyub saxlayır.Bu bir həqiqətdir ki, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları sahəsində davamlı islahatların həyata keçirilməsi müasir standartlara cavab verən qanunvericilik bazasının olmasını şərtləndirir.Layihəsi Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildikdən sonra insan hüquqlarının səmərəli təmini məqsədilə milli qanunvericilik sisteminin, idarəetmənin, institusional mexanizmlərin yenidən qurulması və inkişaf etdirilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşmışdır.Təqdirəlayiq haldır ki, ikinci bölməsinin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş Konstitusiyanın 12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə insan hüquq və azadlıqlarının təmini məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Buna görə də Ulu Öndər ictimai münasibətlərin dolğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyətə malik yeni qanunvericilik aktlarının qəbul edilməsi də daxil olmaqla həyatın bütün sahələrini əhatə edən hüquqi islahatların həyata keçirilməsinə xüsusi əhəmiyyət vermişdir.Ulu Öndər Heydər Əliyevin irsi fikir və söz azadlığının təmininə, eyni zamanda, yaşamaq hüququ kimi fundamental hüquqi dəyərin  qorunmasına böyük töhfə vermişdir. Mətbuat üzərində senzuranın ləğvi və ölüm hökmünün aradan qaldırılması bu hüquqların qorunmasına xidmət etmişdir.Uğurla həyata keçirilən hüquqi islahatların əsas məqsədi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları ilə bağlı müddəaların icrasının təmin edilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, bu sahədə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin təşkilindən ibarət olmuşdur.
Azərbaycanda Ombudsman təsisatı Ulu Öndərin təşəbbüsü, diqqət və qayğısı nəticəsində yaradılıb
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm institutlar yaradılmış və effektiv fəaliyyəti təmin edilmişdir. Məhz Ümummilli Liderin siyasi iradəsi nəticəsində Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu prosesin məntiqi davamı olaraq Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi baxımından mühüm addım olmuşdur.Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı öz fəaliyyəti ilə insan hüquq və azadlıqlarının müdafiəsi və hüquqi dövlət quruculuğunun inkişafına töhfə verməkdədir. Ulu Öndərin imzalamış olduğu “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanında, eyni zamanda, bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması və səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olan Ombudsman təsisatı cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdədir.Göründüyü kimi, Ulu Öndərin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, qısa müddət ərzində həyata keçirilmiş hüquqi islahatlar çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması, yeni hüquq müdafiə mexanizmlərinin formalaşdırılması ilə nəticələnmişdir.


Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının inkişafına yönəlmiş siyasi kursu layiqincə davam etdirilir


Ümummilli Lider Heydər Əliyevin hüquq sahəsindəki fikirləri bu gün də aktuallığını qoruyur. “Qanun hamı üçün birdir” və “qanunun aliliyi təmin olunmalıdır” prinsipləri Ulu Öndərin dövlət idarəçiliyinin əsas dayaqlarından biri kimi qəbul edilir. Hüquqi dövlət quruculuğu yolunda əldə edilən nailiyyətlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar məhz bu uzaqgörən siyasətin nəticəsidir.Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Liderin zəngin siyasi və hüquqi irsi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilərək müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu gün ölkəmizdə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və hüquqi islahatların dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Heydər Əliyev ideyalarının yaşadığını və inkişaf etdiyini bir daha sübut edir.Aparılan hüquqi islahatlar çərçivəsində ötən dövr ərzində ölkəmizin hərtərəfli inkişafına xidmət edən yeni dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş, dövlətimiz insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrə tərəfdar çıxmış və bu proses hazırda da davam etdirilməkdədir.Möhtərəm Prezidentimizin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunması müstəqil dövlətimizin insan hüquqlarına verdiyi yüksək qiymətin növbəti bir bariz nümunəsidir.Təqdirəlayiq haldır ki, hüquqi islahatlar fonunda ölkə Prezidenti cənab İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.Sonda qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycan dövlətinin hüquqi və demokratik əsaslar üzərində daha da möhkəmlənməsinə xidmət edir. Ulu Öndərin siyasi kursunun məntiqi davamı kimi həyata keçirilən islahatlar nəticəsində ölkəmiz insan hüquqlarının təmini sahəsində daha da inkişaf edəcək və xalqımız yeni uğurlara imza atacaqdır.

Səbinə Əliyeva
Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),hüquq üzrə fəlsəfə doktoru

Chosen
14
3
manset.az

4Sources