İran Hörmüz boğazında yüzlərlə qayıqdan ibarət "ağcaqanad donanması" yerləşdirib.
Â
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Â
Məlumata əsasən, qayıqlar yüngül silahlarla silahlansalar da, böyük hissəsi gəmilərə zərər verə biləcək qısamənzilli raketlər də daşıyır. Bu səbəbdən də gəmi sahibləri boğazdan yük keçirməkdə tərəddüd edirlər.
Â
Nəşrin məlumatına görə, "ağcaqanad donanması" hazırda İran Hərbi Dəniz Qüvvələrinin ən aktiv tərkib hissəsinə çevrilib.