EN

Livan alovlar içində: İtkilərin dəhşətli miqyası bəlli oldu

"Hizbullah" hərəkatının baş katibi Naim Qasem müharibənin başlanğıcından bəri təşkilatın üzləşdiyi itkilərlə bağlı ən səmimi və sarsıdıcı bəyanatlarından birini verib.

Musavat.com xəbər verir ki, Qasem ilk dəfə olaraq Livan daxilindəki itkilərin real miqyasını ictimaiyyətə açıqlayıb. Baş katibin sözlərinə görə, "Əl-Əqsa tufanı" və "Uli əl-Bəas" əməliyyatları çərçivəsində təşkilatın 5 min üzvü həlak olub (şəhid edilib), 13 mindən çox insan isə yaralanıb. Naim Qasem qeyd edib ki, ölkədəki kütləvi dağıntılar, minlərlə insanın didərgin düşməsi və hərbi itkilərin hamısı "təcavüzü dayandırmaq naminə verilən qurbanlardır".

O, öz çıxışında xüsusi olaraq son aylarda endirilən zərbələr nəticəsində həyatını itirən yüksək rütbəli komandirləri, o cümlədən Seyid əl-Haşemi və digər hərbi rəhbərləri də yad edib.

"Hizbullah" rəhbərliyinin bu dərəcədə böyük rəqəmləri etiraf etməsi təşkilatın hərbi potensialına dəyən zərbənin nə dərəcədə ağır olduğundan xəbər verir.

Bu açıqlama həm təşkilatdaxili səfərbərliyi artırmaq, həm də beynəlxalq birliyə humanitar böhranın miqyasını göstərmək məqsədi daşıyır. Bununla belə, itkilərin sayının bu qədər yüksək olması Livan cəmiyyətində və regional güc balansında yeni müzakirələrə yol açıb. Hazırda İsrail tərəfinin bu rəsmi etirafdan sonra öz hərbi taktikasına hansı düzəlişləri edəcəyi maraq doğurur. Qasemin çıxışı "Hizbullah"ın mübarizəni davam etdirmək əzmində olduğunu göstərsə də, rəqəmlər hərəkatın ciddi bir sınaq qarşısında olduğunu təsdiqləyir.

Musavat.com

Chosen
27
24
musavat.com

10Sources