EN

Britaniyanın Kral ailəsindən bəzi sirlər ÜZƏ ÇIXDI

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Britaniya kral ailəsi ilə bağlı yayılan yeni iddialar yenidən taxt-tac varisi şahzadə Uilyamı gündəmə gətirib.Bizim.Media xəbər verir ki, Kristofer Andersenin “Kate! The Courage, Grace, and Power of the Woman Who Will Be Queen” adlı kitabında şahzadə Uilyamın qəzəblənməsi atası, kral III Çarlzı “qorxutduğu” iddia olunur.Müəllifin sözlərinə görə, Uilyam gündəlik həyatda təmkinli və işçilərə qarşı diqqətli biri kimi tanınsa da, ailə daxilində bəzən səsini qaldırır və özündən çıxır.Kitabda qeyd edilir ki, keçmiş saray əməkdaşları Uilyamla atası arasında yüksək səslə mübahisələrin şahidi olublar. Onlardan biri şahzadənin səsinin “kral III Çarlzın səsindən də gur” olduğunu bildirib.

 

Nəşrdə şahzadə Uilyamla kiçik qardaşı şahzadə Harri arasındakı gərgin münasibətlərə də toxunulur. Harri daha əvvəl “Spare” adlı memuarında Uilyamla mübahisəsinin fiziki qarşıdurmaya çevrildiyini yazmışdı.

Müəllif iddia edir ki, Uilyamın sərt reaksiyaları ailə daxilində zaman-zaman ciddi narahatlıq yaradıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
bizim.media

10Sources