EN

İrana qarşı eskalasiya ABŞ ı qlobal iqtisadi şokla üz üzə qoya bilər

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ və İsrailin İrana qarşı mümkün yeni eskalasiyası Vaşinqton üçün ciddi siyasi və strateji risk yarada bilər.Bizim.Media xəbər verir ki, bu barədə “The Nation” nəşrində dərc olunan məqalədə müəllif Maykl Kler yazıb.Müəllif qeyd edir ki, 2026-cı il fevralın 28-də İrana qarşı genişmiqyaslı hava və raket zərbələri ilə başlayan əməliyyat əvvəlcə ölkənin hərbi və nüvə potensialını qısa müddətdə sıradan çıxarmaq, eləcə də rejim dəyişikliyinə nail olmaq cəhdi kimi qiymətləndirilirdi.

 

Lakin Klerin fikrincə, ABŞ administrasiyasının İranın hərbi infrastrukturuna ciddi zərər vurulduğu və onun böyük hissəsinin “neytrallaşdırıldığı” barədə bəyanatlarına baxmayaraq, əsas hədəflərə nail olunmayıb. İranda siyasi rejim qorunub, nüvə imkanları, o cümlədən yüksək zənginləşdirilmiş uran ehtiyatları isə hələ də qeyri-müəyyənlik mənbəyi olaraq qalır.

Məqalədə bildirilir ki, müharibənin hərbi nəticələri birmənalı olmayıb. Bir tərəfdən, ABŞ və müttəfiqləri İranın hərbi infrastrukturuna minlərlə hədəfi əhatə edən genişmiqyaslı zərbələr endirib və ciddi dağıntılara səbəb olub.Digər tərəfdən, İran cavab tədbirləri görmək, regiondakı ABŞ obyektlərinə zərbələr endirmək və strateji əhəmiyyətli Hörmüz boğazını bloklamaq imkanını saxlayıb.Müəllifin sözlərinə görə, bu vəziyyət neft və mayeləşdirilmiş təbii qaz tədarükünün pozulması səbəbindən qlobal enerji böhranına yol açıb, dünya bazarlarına və təchizat zəncirlərinə mənfi təsir göstərib.Məqalədə münaqişənin humanitar və maddi nəticələrinə də diqqət çəkilir. Qeyd olunur ki, İran, Livan və İsraildə mülki əhali arasında ciddi itkilər qeydə alınıb, regionda enerji və nəqliyyat infrastrukturu dağıntılara məruz qalıb.

 

Əlavə təzyiq amili kimi ABŞ-ın raketdən müdafiə sistemlərinin və raket ehtiyatlarının tükənməsi göstərilir. Bu isə Çin və ya Rusiya ilə mümkün qarşıdurmalar da daxil olmaqla, digər strateji istiqamətlər üçün risklər yaradır.

Müəllif ABŞ-ın gələcək addımları ilə bağlı müxtəlif ssenariləri də təhlil edir. Bunlar arasında yeni hava zərbələri, Hörmüz boğazının dəniz blokadası və İran daxilində xüsusi əməliyyatlar ehtimalı yer alır.Klerin fikrincə, bu variantların hamısı yüksək risklidir və daha geniş eskalasiyaya, qurbanların sayının artmasına və qlobal miqyaslı uzunmüddətli böhrana səbəb ola bilər.Məqalədə yekun olaraq vurğulanır ki, İrana qarşı münaqişə strateji baxımdan ABŞ üçün sərfəli deyil və “uduşsuz” xarakter daşıya bilər. Çünki yeni eskalasiya Vaşinqtonun siyasi məqsədlərinə çatmasına zəmanət vermir, əvəzində dünyada iqtisadi sarsıntıları, inflyasiyanı və qeyri-sabitliyi artırır, ABŞ-ın özünün hərbi və siyasi xərclərini yüksəldir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
1
bizim.media

10Sources