AZ

​“Trampın ziddiyyətli bəyanatları ABŞ-nin qlobal supergüc obrazına zərbə vurur” - Azad Məsiyev

"Amerika Birləşmiş Ştatlarının və İsrailin İran üzərində apardığı hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğradı. Daha doğrusu, ABŞ-nin İran qarşısında öz məqsədlərinə çata bilmədi. Əsas məqsəd İranda hakimiyyət dəyişikliyi edərək özlərinə uyğun siyasi rejim formalaşdırmaq idi. Aparılan əməliyyat nəticəsində İranın infrastrukturuna ciddi ziyan dəysə də, siyasi nəticə baxımından bu əməliyyat ABŞ-nin uğursuzluğu kimi qiymətləndirilir. Bu fonda Donald Trampın verdiyi bəyanatlar isə onun imicinə əlavə zərbə vurur. İstər ABŞ daxilində, istərsə də beynəlxalq ictimaiyyətdə Trampın qeyri-ciddi dövlət imici formalaşmaqdadır. Artıq bir çox ölkələr, o cümlədən ABŞ-nin müttəfiqləri onun bəyanatlarını ciddi qəbul etmir. ABŞ tarixində prezidentlər arasında bu qədər ziddiyyətli və məsuliyyətsiz bəyanatlar verən siyasi fiqurlar azdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar aprelin 8-də elan edilən atəşkəslə dayandırılsa da, Hörmüz boğazı ətrafında baş verən son proseslər müharibənin tam başa çatdığını deməyə əsas vermir. ABŞ Prezidenti Donald Trampın ziddiyyətli açıqlamaları isə siyasi gedişata dair sualları daha da artırır. O, Tehrana yekun razılaşma üçün bir həftə vaxt verdiyini bəyan edib. Bir tərəfdən İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirən Tramp, digər tərəfdən Tehran tərəfindən təqdim olunan yeni sülh təklifindən narazı qaldığını da vurğulayır. Vaşinqtonun Hörmüz boğazı ətrafında hərbi mövcudluğunu gücləndirməsi gərginliyi daha da artırıb. Məlumatlara görə, ABŞ gəmilərin təhlükəsiz keçidini təmin etmək adı ilə bölgəyə təxminən 15 min hərbçi və 100-dən çox hərbi hava vasitəsi yerləşdirməyi planlaşdırır. İran tərəfi isə bu addımları müdafiə deyil, potensial hücum hazırlığı kimi qiymətləndirir. Beləliklə, atəşkəsdən sonra yaranan nisbi sakitlik bölgədəki gərginliyin azaldığını deyil, əksinə, yeni eskalasiya riskinin hələ də davam etdiyini göstərir.

Siyasi şərhçi qeyd edib ki, bu cür çıxışlar yalnız Trampın şəxsi imicinə deyil, eyni zamanda ABŞ-nin qlobal supergüc obrazına da zərər vurur.

Seçilən
27
50
aznews.az

10Mənbələr