EN

“Real Madrid”dən yeni sezon üçün MÜHÜM QƏRAR

Real Madrid uğursuz mövsümdən sonra heyətdə ciddi dəyişikliklərə hazırlaşır.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, klub bir sıra futbolçularla yolları ayırmağı planlaşdırsa da Arda Gülərlə bağlı qərarını verib.

İngiltərə mətbuatının məlumatına görə, Arsenal gənc yarımmüdafiəçini transfer etmək istəsə də "Real Madrid" Arda Güləri gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir və onun ayrılığına razı deyil.

Məlumatda bildirilib ki, Arda Gülər üçün mümkün transfer məbləği 90 milyon avrodan yuxarı qiymətləndirilsə də Madrid təmsilçisi heç bir təklifi nəzərdən keçirməyi planlaşdırmır.

Chosen
50
day.az

1Sources