EN

Macarıstanın yeni hökuməti Ukraynaya silah və əsgər göndərməyəcək

Macarıstanda yeni hökumət Ukraynaya hərbi dəstək və Avropa İttifaqının böyük kredit paketində iştirakla bağlı əvvəlki siyasəti davam etdirəcəyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Macarıstanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə namizəd Anita Orban parlamentdə keçirilən dinləmələr zamanı bildirib.
“Macarıstan Ukraynaya silah və ya əsgər göndərməyəcək”, – o qeyd edib.
O, həmçinin vurğulayıb ki, ölkə Avropa İttifaqının Ukraynaya nəzərdə tutduğu 90 milyard avroluq kredit paketində də iştirak etməyəcək: “Biz Ukraynaya 90 milyard avroluq Aİ kreditinin verilməsində iştirak etməyəcəyik”.
Bununla belə, o bildirib ki, Macarıstan digər məqsədlər üçün birgə borclanma mexanizmlərinə tamamilə qarşı deyil.
Bu mövqe yeni hökumətin əvvəlki Baş nazir Viktor Orban administrasiyasının siyasətini davam etdirdiyini göstərir./apa/
Chosen
11
11
yenicag.az

10Sources