BAKI, 11 may. TELEQRAF
Macarıstanın yeni hökuməti Ukraynaya silah və ya ordu göndərmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, yeni Baş nazir Peter Madyar tərəfindən Macarıstanın xarici işlər naziri vəzifəsinə namizədliyi irəli sürülən Anita Orban belə deyib.
Onun sözlərinə görə, Macarıstan AB-nin Ukraynaya planlaşdırdığı 90 milyard avroluq kreditinə də qoşulmayacaq.
Bu bəyanatla yeni Macarıstan hökuməti Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki iqtidarla eyni mövqeyi tutub.
Anita Orbanın daha iki parlament komitəsində - Xarici İşlər və Milli Təhlükəsizlik komitələrində dinləmələri planlaşdırılır. Onun Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə tam parlament tərəfindən təsdiqlənəcəyişübhə doğurmur.