EN

Havanın anidən bu qədər isinməsi anormaldır Ekoloq

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bu il sanki fəsillər qarışdı. İnsanlar yaz aylarında adətən mərhələli şəkildə nazik geyimlərə keçdiyi halda, bu dəfə bir neçə gün ərzində gödəkçədən birbaşa qısaqola keçmək məcburiyyətində qaldı. Pencək və nazik üst geyim mövsümü demək olar ki, hiss olunmadan ötüşdü. Bəs havaların anidən bu dərəcədə isinməsi nə qədər normal sayılır?Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, iqlimdə baş verən kəskin dəyişikliklər bizi tez-tez belə fəsillərdə bu cür hadisələrlə üz-üzə qoyur:"Yəni artıq biz bu proseslərə adaptasiya olunmalıyıq. Təbii ki, havaların nisbətən mülayimləşməsi prosesi getmədi, əksinə birdən-birə istiləşmə baş verdi və bu da anormal haldır. Məsələn, may ayı üçün belə hava xarakterik deyil. Adətən temperatur maksimum 20-25 dərəcə selsiyə qədər yüksələ bilir. Ancaq bu il temperaturun birdən-birə yüksəlməsi, havanın artıq 25 dərəcə selsini keçməsi onu göstərir ki, iqlim dəyişiklikləri artıq bütün aylarda və fəsillərdə öz təsirini tam şəkildə göstərir. Əgər bu cür istiləşmə davamlı şəkildə davam etsə, sonradan havaların yenidən kəskin soyumasına səbəb ola bilər. Çünki belə havalarda adətən sürətli buxarlanma prosesi gedir. Hələ yay ayı olmadığı və günəş şüaları yer kürəsinə tam intensivliklə təsir göstərmədiyi üçün, buxarlanmanın təsiri nəticəsində qəfil yağışlarla müşahidə olunan hava hadisələri baş verə bilər. Ümid edək ki, havalar yay mövsümünə qədər bu şəkildə davam edəcək və istiləşmə prosesi də normal şəkildə gedəcək",- deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
93
demokrat.az

1Sources