EN

Paşinyan: Biz kiçik ölkəyik, öz kiçik maraqlarımız var

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ermənistan Baş Naziri Nikol Paşinyan bildirib ki, ölkəsi beynəlxalq bəyanatlara hər zaman cavab vermək və bütün dünya işlərinə müdaxilə etmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

Paşinyan bunu jurnalistlərin sualına cavab verərkən deyib. Sual Ukrayna Prezidenti Vladimir Zelenskiyin Avropa Siyasi Cəmiyyətinin sammitində səsləndirdiyi bəyanatlarla bağlı olub. Rusiya tərəfinin fikrincə, Zelenski bu bəyanatları ilə Rusiyaya təhdid irəli sürüb.

4 may tarixində İrəvanda keçirilən Avropa Siyasi Cəmiyyətinin sammitində Zelenski bildirib ki, 9 mayda Moskvada keçiriləcək hərbi parad zamanı ukraynalı pilotsuz uçuş aparatları Qırmızı Meydanın üzərində olacaq. Rusiya tərəfi isə Ermənistan hakimiyyətini Zelenskinin bəyanatlarına qarşı reaksiyasız qalmaqda tənqid edib.

Paşinyan qeyd edib ki, Avropa Siyasi Cəmiyyətinin sammiti çoxtərəfli platformadır və ev sahibi ölkənin rəhbərinin bütün çıxışlara cavab verməsi zəruri deyil. “Ev sahibi ölkənin rəhbəri kimi mən hər şeyi senzura etmək və ya mütləq cavab vermək məcburiyyətində deyiləm”, – deyə Paşinyan bildirib.

Baş Nazir əlavə edib ki, fərqli liderlər belə platformalarda öz mövqelərini ifadə edirlər. “Bəzən Rusiya Prezidenti də müxtəlif ölkələr haqqında mənim iştirakımda bəyanatlar verib, amma mən xatırlamıram ki, Rusiya bu bəyanatlara mənim cavab verməyimi gözləyib”, – deyə o vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan eyni zamanda müxtəlif beynəlxalq strukturların üzvüdür, lakin bu, onun bütün qlobal münaqişələrə müdaxilə etməli olduğu anlamına gəlmir.

“Ermənistan Respublikası Avropa Siyasi Cəmiyyətinin, Avrasiya İqtisadi İttifaqının və MDB-nin üzvüdür, amma bu o demək deyil ki, biz bütün dünya işlərinə müdaxilə etməyə iddialıyıq”, – deyə Baş Nazir əlavə edib.

O bildirib ki, Ermənistan kiçik ölkədir və əsas diqqətini öz maraqlarına yönəldir: “Biz kiçik ölkəyik, öz kiçik maraqlarımız var və hər zaman qlobal məsələlərdə söz deməyin lazım olduğunu düşünmürük”, - deyə bildirib.

Paşinyan əlavə edib ki, Ermənistan qlobal sabitliyin və sülhün təmin olunmasına kiçik, lakin müsbət töhfə verməyə çalışır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
76
49
icma.az

10Sources