EN

Adetokunbo Messi ilə Ronaldonu müqayisə etdi

“Miluoki”nin 31 yaşlı forvardı, MBA çempionu Yannis Adetokunbo da Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edənlərin sırasına qoşulub.

Məlum olduğu kimi, futbol dünyasında bu iki ulduzdan hansının daha yaxşı olmasıyla bağlı daim mübahisə gedir:

“Bilirsizmi, bu, Maykl Cordan ilə Lebron Ceyms arasında seçim etməyə bənzəyir. Hesab edirəm ki, Messi əsl istedaddı. Lionel karyerası boyunca inadkarcasına çalışmaq və intizam sayəsində zirvələrə yüksəlib, bəlkə də bütün zamanların ən yaxşı futbolçusu olub. Ancaq mənim üçün yorulmadan çalışan, intizama əməl edən, bədəninin qayğısına qalan adamlara ünsiyyət qurmaq, onlara oxşamaq daha vacibdi. Kriştianonun artıq 41 yaşı olsa da, yenə də ən yüksək səviyyədə oynamağa davam edir. Odu ki, mənim işə yanaşmam daha çox Ronaldonun yanaşmasına bənzəyir. Kriştiano öyrənmək əvəzinə öyrətməyi daha çox sevir. Mən belə deyiləm. Ancaq söhbət futboldan və sevgidən, səviyyəni artırmaq və daimi mükəmməlləşməkdən gedirsə, mən Ronaldoya daha çox bənzəyirəm, nəinki özümə. Onların karyerası ərzində qazandığı uğurları müqayisə etsək, birinin 8, o birinin 5 “Qızıl top”u var, biri dünya çempionu olub, o biri olmayıb, biri Çempionlar Liqasını 5, o biri 4 dəfə qazanıb. Seçim sizindi. Ancaq ən vacib məqam budu: siz bu nöqtəyə gəlib çatanda və “Messi, yoxsa Ronaldo” deyəndə artıq qalibsiz. İstərdim ki, nə vaxtsa soruşsunlar: Cordan, yoxsa Yannis? Onda belə deyərdim: “Mən artıq həyatda qazanmışam”.
Chosen
16
1
football-plus.az

2Sources