EN

Qandonduran olay! Məktəbli qızı nişanlısı öldürdü

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Özbəkistanın Namangan vilayətinin Kasansay rayonunda 28 yaşlı kişi 11-ci sinif şagirdi olan 18 yaşlı nişanlısını öldürüb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 6-sı səhər saatlarında cütlük arasında yaranan mübahisə zamanı baş verib. Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, münaqişənin səbəbi məzun gecəsi üçün seçilən paltarla bağlı mübahisə olub və hadisədə qısqanclıq motivləri də yer alıb.

Mübahisə zamanı şübhəli şəxs qıza döş və qarın nahiyəsindən bir neçə dəfə bıçaq zərbəsi endirib. Hadisədən sonra o qaçıb.

Yaralı məktəbli təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüquq-mühafizə orqanları cinayətkarın yerini operativ şəkildə müəyyən edərək onu saxlayıblar.

Kasansay rayon prokurorluğu Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 1-ci hissəsi (“Qəsdən adam öldürmə”) ilə cinayət işi açıb. Şübhəli şəxsi uzunmüddətli həbs cəzası gözləyir. İstintaq davam edir, şahidlər dindirilir və cinayətin motivləri araşdırılır.(Lent.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
8
bakivaxti.az

9Sources