EN

30 dəqiqəlik gəzinti əhval-ruhiyyəni xeyli yaxşılaşdırır

Yeni araşdırmalara əsasən, gündə 30 dəqiqə sürətli gəzinti stressi azaldır və əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Alimlər bildirirlər ki, bu cür aktivlik beynin emosional reaksiyalarını gücləndirir.

Day.Az xəbər verir ki, tədqiqat nəticələrinə görə, açıq havada gəzinti stressi təxminən 30%, yorğunluğu isə 21% azalda bilər.

Həmçinin diqqət və yaddaşla bağlı beyin fəaliyyətində də nəzərəçarpacaq artım müşahidə olunub.

Mütəxəssislər qeyd edirlər ki, mütəmadi gəzinti təkcə fiziki sağlamlığa deyil, həm də konsentrasiya və yaradıcı düşüncəyə müsbət təsir göstərir. Alimlər açıq havada vaxt keçirməyin "beyin dalğalarını yaxşılaşdırdığını" bildirirlər.

Chosen
91
day.az

1Sources