Polşa çempionatının 32-ci turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” səfərdə “Visla” (Plok) ilə qarşılaşıb.
Matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov meydana 77-ci dəqiqədə, komandası 2:0 hesabı ilə öndə ikən çıxıb. “Motor” hazırda 42 xalla 10-cu yerdədir.