EN

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, hücum hədəfləri arasında İranın Lavan adasında yerləşən neft emalı zavodu da olub.

Məlumata əsasən, zərbələr ABŞ və İran arasında atəşkəs elan olunan dövrdə baş versə də, Vaşinqton buna mənfi reaksiya verməyib.

Qəzet qeyd edir ki, BƏƏ münaqişə başlayandan bəri İranla qarşıdurmada digər Körfəz ölkələri ilə müqayisədə daha fəal mövqe sərgiləyib və ABŞ ilə sıx hərbi əməkdaşlığı davam etdirir.

Xatırladılır ki, daha əvvəl BƏƏ raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Əbu-Dabi həmin hücumlara görə İranı ittiham etsə də, Tehran bunu təkzib edib.

Chosen
12
2
azerbaijan-news.az

3Sources