EN

Neftimiz bahalaşdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Busaat.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,5 ABŞ dolları və ya 0,45 % artaraq 110,48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,98 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Chosen
3
26
busaat.az

10Sources