EN

Əsgər ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) 2008-ci il təvəllüdlü hərbi qulluqçusu Hüseyn Həmzə oğlu Əsədovun ölümü ilə bağlı cinayət işi başlanılıb və hazırda istintaq aparılır.

Bu barədə Hafta.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, fakt üzrə istintaq prosesi davam edir və yekun nəticədən asılı olaraq müvafiq prosessual qiymət veriləcək. Marqarita pizza

Qeyd edək ki, 25 gün əvvəl həqiqi hərbi xidmətə çağırılan gənc əsgərin xəstəlik səbəbindən vəfat etdiyi bildirilir. Hadisənin bütün detalları istintaq çərçivəsində araşdırılır.

Chosen
28
4
hafta.az

5Sources