EN

Qərbin avtomobil istehsalçısı Çin texnologiyasına güvənir və Leapmotor ilə əməkdaşlığını dərinləşdirir

Marja.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın ən böyük avtomobil istehsalçılarından bir olan "Stellantis NV" Çinin "Leapmotor" şirkəti ilə əməkdaşlığını genişləndirməyi planlaşdırır. Marja xəbər verir ki, bu çərçivədə Opel markası altında elektrikli modelin birgə hazırlanması, İspaniyadakı bir zavodun mülkiyyətinin "Leapmotor"a verilməsi və birgə satınalmaların həyata keçirilməsi nəərdə tutulur. 

Marja.az xəbər verir ki, Opel-in baş icraçı direktoru Florian Huettl müsahibəsində bildirib ki, Opel mühəndisləri artıq Leapmotor-dakı həmkarları ilə işləməyə başlayıblar. Volkswagen-in Tiguan modeli və Hyundai-ın Tucson modeli kimi avtomobillərlə rəqabət aparacaq orta ölçülü SUV hazırlanır və bu avtomobilin İspaniyanın Saragosa şəhərində istehsal olunacağı bildirilir. Şirkət cümə günü açıqlamasında bu idman tipli yolsuzluq avtomobilinin istehsalının 2028-ci ildə başlaya biləcəyini qeyd edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu addım böyük bir Qərb avtomobil istehsalçısının Avropadakı məhsul çeşidini gücləndirmək üçün Çin texnologiyasına güvənməsinin ilk nümunələrindən biri olacaq.

Digər tərəfdən, Jeep, Ram və Peugeot markaları ilə avtomobil istehsal edən "Stellantis NV" şirkəti Madriddə yerləşən bir zavodun mülkiyyətini Çinli tərəfdaşı "Leapmotor" ilə olan birgə müəssisəyə keçirməyi də nəzərdən keçirir. "Stellantis NV" 2023-cü ildə yaradılan "Leapmotor International (LPMI)" birgə müəssisəsində 51% paya sahibdir.

Əməkdaşlığın genişlənməsi Çinli rəqiblərin regionda sürətlə artması fonunda Avropa avtomobil istehsalçıları üzərində xərcləri azaltmaq və inkişaf proseslərini sürətləndirmək təzyiqinin artdığını göstərir.

"Stellantis NV" 2023-cü ildə "Leapmotor" şirkətinə təxminən 1,5 milyard avro investisiya edərək onun təxminən 21%-lik payını əldə edib. Bunun ardınca tərəflər "Leapmotor International" (LPMI) adlı birgə müəssisə yaradıb. Bu birgə müəssisənin məqsədi "Leapmotor" məhsullarının Çin xaricində istehsalı, ixracı və satışını idarə etməkdir və burada nəzarət payı "Stellantis NV"dədir (51%).

"Stellantis NV" 2021-ci ildə PSA Group (Peugeot, Citroën, Opel) və Fiat Chrysler Automobiles (FCA) şirkətlərinin birləşməsi nəticəsində yaradılmış, dünyanın ən böyük avtomobil istehsalçılarından biridir. Baş ofisi Hollandiyada yerləşən şirkət Abarth, Alfa Romeo, Dodge, Fiat, Jeep, Maserati, Ram, Peugeot kimi 14 markanı özündə birləşdirir. 

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
marja.az

3Sources