Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Rusiya müharibəsinin törətdiyi bütün dəhşətlər arasında ukraynalı uşaqların oğurlanması onun ən pislərindən biridir. Uşaqların oğurlanması Rusiyanın Ukraynanın gələcəyinə hesablanmış hücumudur”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas deyib.
O, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edərkən,bəyan edib ki, həmin uşaqların evə gətirilməsi prioritet məsələdir: “Biz bunu maliyyə, yardım və sanksiyalarla dəstəkləyirik.
Aİ bu gün ukraynalı uşaqların sistematik şəkildə qeyri-qanuni deportasiyasına görə Rusiyadakı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib”.
Günay Mahirqızı
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.