Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb.
1news.az xəbər verir ki, məhkəmə müğənniyə ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq olunaraq sərbəst buraxılmasına qərar verib.
Xatırladaq ki, Yusuf Güney aprelin 9-u Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılmış və məhkəmə zalındaca həbs edilmişdi.