Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb.
Musavat.com xəbər verir ki, məhkəmə müğənniyə ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq olunaraq sərbəst buraxılmasına qərar verib.
Xatırladaq ki, Yusuf Güney aprelin 9-u Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılmış, elə həmin gün məhkəmə zalında həbs edilmişdi.