EN

Nihat Kahveci “Neftçi”nin futbolçusunun qolundan danışdı

Türkiyəli məşhur futbol şərhçisi və sabiq hücumçu Nihat Kahveci "Neftçi"nin futbolçusu Freddi Varqasın vurduğu qoldan danışıb.

Msli Premyer Liqasının XXX turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" qarşılaşmasında fərqlənən Varqasın qolu Türkiyə mediasında da diqqət çəkib. Nihat Kahveci "Haber Global" kanalında yayımlanan "Kontraspor" proqramında həmin qolu yüksək qiymətləndirib.

Türkiyə millisinin keçmiş üzvü futbolçunun 57-ci dəqiqədə vurduğu topu olduqca baxımlı və yüksək səviyyəli qol adlandırıb. Onun sözlərinə görə, epizod həm texniki baxımdan, həm də icra keyfiyyəti ilə seçilib.

Qeyd edək ki, görüş Karvan-Yevlax FK üzərində "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Freddi Varqasın qol görüntüsü isə klubun sosial media hesabında paylaşılaraq 25 milyondan çox baxış toplayıb./Milli.az/

Chosen
15
1
musavat.com

2Sources