EN

KOB-ların kənd təsərrüfatı sərgilərində iştirakı üçün 170 min manat xərclənib

BAKI, 12 may. TELEQRAF

Bakıda keçirilən “19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2026”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan 2026”) sərgilərində KOB subyektlərinin iştirakına dəstək göstərilməsi üçün 170 min manatdan çox vəsait xərclənib.

Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” məhdud məsuliyyətli cəmiyyəti bu məqsədlə "Caspian Event Organisers" MMC ilə bir mənbədən 170 min 357,78 manatlıq müqavilə imzalayıb.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Forumunda çıxışı zamanı Kiçik-orta bizneslərin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstək göstərilməsinin vacib olduğunu bildirib.

Chosen
81
teleqraf.com

1Sources