EN

Pensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqindədir

Bu barədə "Ölkə Az"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.

“ƏƏSMN-in elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodu da tətbiqə əlavə edilib. Artıq vətəndaşlar “e-Sosial” xidmətlərindən, o cümlədən “Sosial Tərəfdaş” pensiyaçı endirim barkodundan “mygov” mobil tətbiqi vasitəsilə yararlana bilərlər. Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmələri və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etmələri kifayətdir. “mygov” platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “mygov” mobil tətbiqini link vasitəsilə yükləmək mümkündür.

Chosen
43
9
olke.az

10Sources