EN

Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər

ABŞ Hava Hücumundan Müdafiə Müqaviləsindən çıxdıqdan sonra Rusiya strateji təhlükəsizliyini təmin etməyi düşünməyə məcbur olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya raket sistemləri mövcud və gələcək raketdən müdafiə sistemlərinin zəmanətli nüfuzetmə qabiliyyətini təmin edir.

Putin vurğulayıb ki, Rusiya “Kinjal” sistemini, o cümlədən qeyri-nüvə versiyasının dəqiqliyini artırmağı davam etdirir.

Rusiya prezidenti “Poseidon” və “Burevestnik” sistemləri üzərində işin son mərhələdə olduğunu qeyd edib.

Putin bildirib ki, “Sarmat” dünyanın ən güclü raket sistemidir.

Prezident vurğulayıb ki, bu raketin ümumi döyüş başlığı istənilən oxşar sistemdən dörd dəfə çoxdur.

Vladimir Putin deyib ki, “Sarmat”ın mənzili, suborbital trayektoriyası sayəsində 35.000 kilometri keçir və dəqiqliyi ikiqat artırılıb.

O əlavə edib ki, “Oreşnik” sistemi nüvə başlıqları ilə təchiz edilə bilər.

Chosen
49
3
apa.az

5Sources