“Oreşnik” sistemi nüvə başlıqları ilə təchiz edilə bilər.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya “Kinjal” sistemini, qeyri-nüvə versiyasının dəqiqliyini artırmağı davam etdirir.
Rusiya Prezidenti “Poseydon” və “Burevestnik” sistemləri üzərində işin son mərhələdə olduğunu qeyd edib.