EN

Azərbaycan Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə - Norveç oyununa təyinat alıb.

Bu barədə "Report"a AHF-dən məlumat verilib.

Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.

Türkiyə - Norveç oyunu mayın 16-da, Ankaranın "THF İdman Kompleksi"ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.

Chosen
33
1
far.az

5Sources