EN

Kriptobirjada əsas aktivlərdə nisbi eniş müşahidə edilib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son sutkada kriptovalyuta bazarında əsas aktivlərdə nisbi eniş müşahidə edilib.

“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin”in qiyməti 0,09% azalaraq 81 106 ABŞ dollarına, “Ethereum”un qiyməti 0,32% azalaraq 2 302 dollara, BNB-nin qiyməti 2,62% azalaraq 680 dollara enib.

Bununla belə, “Zcash”in qiyməti 3,51% artaraq 561 dollara, “Bitcoin Cash”in qiyməti isə 0,73% artaraq 442 dollara yüksəlib.

CoinMarketCap 20 Index son 24 saatda 0,34% azalaraq 163,23 bənd olub.

Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə 0,28% azalaraq 2,70 trilyon dollara enib.

Analitiklərin fikrincə, bazardakı qarışıq dinamika investorların bir tərəfdən ABŞ-da faiz dərəcələrinin gələcək trayektoriyasını qiymətləndirməsi, digər tərəfdən isə qızılın bahalaşması fonunda qızılla təmin olunan rəqəmsal aktivlərə marağın artması ilə bağlıdır. Bu, “Zcash” kimi alternativ aktivlərin qiymətinə də dəstək verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
apa.az

2Sources