EN

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi start götürüb.

Velosipedçilər bu etapda Gəncədən start götürməklə Naftalana qədər 152,8 kilometr məsafə qət edəcəklər.

Ötən gün III mərhələdə Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa finişə birinci çatıb.

II mərhələdə “Sea Breeze”dən İsmayıllıya olan məsafəni Qazaxıstanın "XDS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci gəlib.

I mərhələnin qalibi Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Chosen
64
7
azerbaijan-news.az

10Sources