"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb.
Hafta.az xəbər verir ki, finişə İtaliyanın "Bardiani" komandasının üzvü Marko Manenti birinci çatıb. O, Gəncədən Naftalana qədər 152,8 kilometr məsafəni hamıdan tez qət edib.
Qeyd edək ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, II və III mərhələdə isə müvafiq olaraq, Qazaxıstanın "XDS Astana" komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa 1-ci yeri tutublar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
09:35
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi start götürüb. Velosipedçilər bu etapda Gəncədən start götürməklə Naftalana qədər 152,8 kilometr məsafə qət edəcəklər.
Hafta.az xəbər verir ki, ötən gün III mərhələdə Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa finişə birinci çatıb.
II mərhələdə “Sea Breeze”dən İsmayıllıya olan məsafəni Qazaxıstanın "XDS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci gəlib.
I mərhələnin qalibi Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko olub.