EN

Deputat təhsil aldığı təhsil ocağında 

Təhsil aldığım, mənə ilk bilik və dəyərləri qazandıran Bakı şəhər 36 nömrəli tam orta məktəbin  “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsinin bağlanış mərasimində iştirak etmək mənim üçün xüsusi qürur hissi yaşatdı. Doğma məktəbimin bu gün də yenilikçi layihələrə ev sahibliyi etməsi və müəllimlərin beynəlxalq sertifikatlar əldə etməsi sevindirici haldır.

Layihə çərçivəsində 30 müəllimin ICDL beynəlxalq sertifikatı qazanması Azərbaycan təhsilinin müasir çağırışlara uğurla uyğunlaşdığını göstərir. Ölkəmizdə təhsilin inkişafı, rəqəmsal bacarıqların artırılması və müəllim potensialının gücləndirilməsi Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məhz dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan məktəblərində innovativ tədris mühiti formalaşır, müəllimlər yeni bilik və texnologiyalarla daha da güclənirlər.

36 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərovaya, layihə rəhbəri Aytən Bağıyevaya, 

müəllimlərə, doğma 36 nömrəli məktəbin kollektivinə  yeni-yeni uğurlar diləyirəm. 

Günay Ağamalı 

Milli Məclisin deputatı, 

Ana Vətən Partiyasının sədri.

Chosen
8
sabahinfo.az

1Sources