"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Eyyub Kərimli Cənubi Qafqazda sabitlik, sülh və iqtisadi əməkdaşlıqlar haqqında fikirlərini bildirib.
QHT.az həmin fikirləri təqdim edir:
"Cənubi Qafqazda davamlı sülh və iqtisadi inteqrasiya üçün əsas şərt sabitlik və qarşılıqlı etimaddır. Ermənistan–Azərbaycan arasında normallaşma prosesinin davam etdiyi bir mərhələdə bölgədə xarici “müşahidə” missiyalarının mövcudluğu ətrafında siyasi müzakirələrin aparılması investisiya mühitinə və uzunmüddətli iqtisadi əməkdaşlıq perspektivlərinə əlavə qeyri-müəyyənlik yarada bilər. Regionun tranzit, enerji və ticarət potensialının reallaşması üçün əsas prioritet gərginliyin artırılması deyil, iqtisadi əməkdaşlığı təşviq edən dayanıqlı sülh gündəliyi olmalıdır".
Zəhra Ağayeva