EN

Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mayın 12-də İngiltərədə vəfat edən Natəvan Qasımzadə ilə bağlı yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Natəvan Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb: "44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O, həmçinin DİDK-nın təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.

DİDK Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".

Chosen
23
18
Ajans.az

10Sources