EN

QMİ həcc ziyarətinə yola düşəcək zəvvar təyyarələrinin uçuş qrafiklərini AÇIQLADI

"Builki həcc ziyarətinə zəvvarlar ümumilikdə 7 təyyarə ilə yola düşəcəklər".

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri danışıb.

Vüsal Cahangirinin sözlərinə görə, hər gün səhər saat 06:50-də və axşam saat 17:50-də olmaqla iki təyyarənin Bakı-Ciddə marşrutu üzrə zəvvar daşıması planlaşdırılır:

"Hər bir təyyarədə 180 zəvvar, yəni 45 nəfərdən ibarət dörd qrup olacaq. İlk təyyarə mayın 17-də səhər saat 06:50-də yola düşəcək, mayın 18-də və 19-da iki təyyarə uçacaq. Sonuncu 7-ci təyyarə isə mayın 21-də səhər Ciddəyə uçacaq.

Həmin təyyarə ilə ziyarətə gedənlər mayın 31-də Ciddədən Bakıya geri qayıdacaqlar. Digər qruplar isə iyunun 6-da, 7-də və 9-da günə iki təyyarə olmaqla Mədinədən Vətənə dönəcəklər.

Beləliklə, sonuncu zəvvarımızın iyunun 10-da gecəyarısından sonra evə çatması gözlənilir".

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Chosen
88
2
cebheinfo.az

3Sources