EN

“Bu gün evə buraxılacağam”- Akif İslamzadə

“Özümü yaxşı hiss edirəm. Bu gün ola bilsin ki, evə buraxılacağam. Vəziyyətim normaldır”.

Bunu Musavat.com-a açıqlamasında infarkt keçirərək xəstəxanaya düşən müğənni Akif İslamzadə deyib. O bildirib ki, həkimlərin son qərarını gözləyir.
“İndi yaxşıyam. Bu günümə də şükür. Evə buraxılacağımı gözləyirəm”, -deyə o bildirib.

77 yaşlı müğənni Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır. Onun ürək damarlarından birinə stent yerləşdirilib.


Şahanə Rəhimli
Musavat.com

Chosen
48
1
musavat.com

2Sources