EN

Avroviziyada böyük qalmaqal: 5 ölkə yarışmadan çıxdı - ŞOK SƏBƏB

"Eurovision Song Contest 2026"ın Vyana şəhərində keçirilən ilk yarımfinalı qalmaqallı anlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, İsrail təmsilçisinin səhnəyə çıxışı zamanı zalda etiraz aksiyaları baş verib və yarışma siyasi gərginliyin mərkəzinə çevrilib.

Məlumata görə, İsrail təmsilçisi Noam Bettan səhnədə çıxış edərkən tamaşaçılar tərəfindən “Soyqırımı dayandırın” və “Fələstini azad edin” şüarları səsləndirilib. Zalda bəzi şəxslərin Fələstin bayraqları qaldırdığı, təhlükəsizlik qüvvələrinin isə müdaxilə edərək etirazçıları zaldan çıxardığı anlar kameralara düşüb.

Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. 

Yarışma ətrafında yaranan gərginlik bəzi ölkələrin qərarlarına da təsir edib. İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Hollandiya nümayəndələrinin yarışmadan çıxdığı bildirilib.

Bundan əlavə, 2024-cü ilin qalibi Nemo və tanınmış musiqiçi Charlie McGettigan İsrailin iştirakına etiraz olaraq mükafatlarını geri qaytaracaqlarını açıqlayıblar.

Bütün etirazlara baxmayaraq, İsrail yarımfinal mərhələsini keçərək finala yüksələn 10 ölkə arasında yer alıb. Yarışmanın böyük finalı öncəsi Viennada təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyi gözlənilir.

Musavat.com

Chosen
8
13
musavat.com

10Sources