EN

Serialdan çıxan kimi hamını silmişdi Səbini açıqladı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur "Eşref Rüya" serialında gözlənilməz ayrılıq maqazin dünyasında səs-küyə səbəb olub. Ekran işində Müslüm obrazına həyat verən Tolga Tekin layihə ilə yollarını ayıran kimi serialın rəsmi səhifələrini izləmədən çıxararaq diqqətləri üzərinə çəkib.Demokrat.az xəbər verir ki, serialın son bölümündə canlandırdığı obrazın ölümü ilə hekayəyə vida edən aktyorun bu addımı müxtəlif şayiələrə yol açıb. Tolga Tekin həm serialın, həm də prodüser şirkətinin sosial media hesablarını siyahısından silməsinə aydınlıq gətirərək, bunun heç bir qalmaqalla bağlı olmadığını bildirib.Aktyor "2. Sayfa" proqramına verdiyi açıqlamada bu qərarının tamamilə emosional səbəblərdən qaynaqlandığını vurğulayıb: "Eşref Rüya" səhifəsini izləmədən çıxdım, çünki bu işi çox sevir və böyük həvəslə çalışırdım. Ayrılıq mənim üçün çətin oldu. Daim qarşıma çıxıb məni kədərləndirməsin deyə belə bir addım atdım".Səmimi etirafı ilə izləyicilərin rəğbətini qazanan Tekinin bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilər aktyorun öz roluna bu dərəcədə bağlı olmasını anlayışla qarşılayıblar.Yəni, məşhur aktyor serial səhifəsini küsdüyü üçün deyil, sadəcə ayrılığın verdiyi üzüntünü tez unutmaq üçün izləmədən çıxarıb.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
demokrat.az

1Sources