EN

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

Bu ilin ilk rübündə  Muxtar Respublikada 178,271 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar 21,12 milyard manat dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin göstəricisindən real ifadədə 0,3 faiz çoxdur.

Qeyri-neft-qaz sənayesi üzrə istehsalın dəyəri isə 7,092 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artım deməkdir.

Bu göstəricilər Naxçıvanın sənaye potensialının gücləndiyini və iqtisadiyyatın şaxələndirilməsinə xidmət etdiyini göstərir. Ekspertlər artımın davamlı olacağını proqnozlaşdırırlar.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

1Sources