EN

Türkiyə tarixində ilk dəfə kamikadze-qayığını uğurla sınaqdan keçirdi - FOTO

Türkiyə tarixində ilk dəfə Albatros Kamikaze İDA Swarm adlı kamikadze-qayığını uğurla sınaqdan keçirib.

BAKU.WS Savunma Sanayi ST-yə istinadən xəbər verir ki, kamikadze-qayıq ASELSAN şirkəti tərəfindən istehsal edilib. Sınaq üçün Albatros Roketsan başlığı ilə təchiz edilib.

Sınaq zamanı kamikadze-qayıq hədəfi olan 69 metrlik gəmini dəqiqələr ərzində suya qərq edib. Partlayışdan əvvəl ekologiyaya zərər vurmasın deyə hədəf olan gəmidən yanacaq-sürtgü materiallarını kənarlaşdırılıb.

 

Chosen
86
3
baku.ws

4Sources