EN

Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gün ərzində Ukraynanın demək olar ki, bütün vilayətləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.

 

Onun sözlərinə görə, Volın, Zakarpatye, İvano-Frankivsk, Lvov, Rovno, Xmelnitski, Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Kirovohrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Çerkassı və Çernivtsı vilayətlərində çoxsaylı dağıntılar qeydə alınıb.

Zelenski qeyd edib ki, hücuma məruz qalan bölgələrin əksəriyyəti NATO ölkələrinin sərhədlərinə ən yaxın olanlardır."Günün əvvəlindən bəri artıq ən azı 800 Rusiya dronu buraxılıb və hücum davam edir", - deyə o yazıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
bizim.media

2Sources