EN

Arda Gülerdən Fənərbağça ya 40 milyon avroluq hədiyyə

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real Madrid"in gənc ulduzu Arda Gülərin gələcəyi ilə bağlı Avropa futbolunda böyük səs-küy yaradacaq xəbərlər yayılmaqdadır.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"ın məlumatına görə, İngiltərənin "Arsenal" klubu türk istedadı üçün 90 milyon avronu gözdən çıxarıb. Lakin İspaniya nəhəngi "Real Madrid"in bu transfer üçün gözləntisi daha yüksəkdir; klub gənc ulduz üçün təxminən 200 milyon avro tələb edir.

Bu transferin reallaşması "Fənərbağça" üçün də böyük maliyyə uğuru deməkdir. Çünki "sarı-lacivərtlilər"in Arda Güləri satarkən müqaviləyə daxil etdiyi "sonrakı satışdan 20 faiz pay" maddəsi mövcuddur.

Əgər 200 milyon avroluq razılaşma baş tutarsa, İstanbul klubunun xəzinəsinə təxminən 40 milyon avro daxil olacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
fanat.az

2Sources