EN

Si Cinpin: Çin və ABŞ münasibətlərində doğru kurs müəyyən edilməlidir

Si Cinpin: Çin və ABŞ münasibətlərində doğru kurs müəyyən edilməlidir

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin qurulmasının vacibliyini vurğulayıb.

AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Si Cinpin qeyd edib ki, Çin və ABŞ-ın sabit əlaqələri təkcə hər iki dövlətin yox, bütün dünyanın maraqlarına xidmət edir.

"Prezident Tramp ilə həm ölkələrimizi, həm də bütün dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmağı gözləyirəm. Məqsədimiz Çin-ABŞ münasibətləri adlı böyük gəmi üçün doğru kurs müəyyən etmək və birlikdə yaxşı sükançı olmaqdır", — deyə Çin lideri bildirib.

Si Szinpin həmçinin 2026-cı ilin iki ölkə arasındakı əlaqələrin inkişafında "tarixi və rəmzi il" olmalı olduğunu qeyd edib. Pekindəki Xalq Yığıncaqları Sarayında baş tutan danışıqlarda ticarət mübahisələri, texnoloji rəqabət və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzusu olduğu bildirilir.

Chosen
63
afn.az

1Sources