EN

Çin və ABŞ rəqib yox, tərəfdaş olmalıdır - Si Cinpin

Çin və ABŞ rəqib yox, tərəfdaş olmalıdır - Si Cinpin

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ və Çin arasındakı qarşıdurmanın hər iki tərəfə ağır zərər verəcəyi barədə xəbərdarlıq edib. O, Pekin və Vaşinqtonun rəqib kimi deyil, tərəfdaş kimi hərəkət etməli olduğunu vurğulayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə Pekində ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşdə danışıb.

"Ölkələrimiz arasındakı qarşıdurma qarşılıqlı ziyana gətirib çıxaracaq. Biz yeni dövrdə böyük dövlətlərin qarşılıqlı fəaliyyəti üçün yeni yanaşma hazırlamalıyıq", — deyə Si Szinpin qeyd edib. O, həmçinin əlavə edib ki, qarşılıqlı dəstək və ortaq rifah hər iki ölkənin maraqlarına uyğundur.

Chosen
68
afn.az

1Sources