EN

“Sabah” Azərbaycan Kubokunu da qazandı -VİDEO

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib.

 

Senzor.az bildirir ki, həlledici oyunda son çempion “Sabah” “Zirə” ilə qarşılaşıb.

 

“Palms Sports Arena”da gerçəkləşən görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Masazır klubunun qollarını Patrik Mbina və Coy Lens Mikels vurublar. "Zirə"nin yeganə qoluna Eren Aydın imza atıb.

 

Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar, həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.

 

Bununla da, Azərbaycanı növbəti mövsüm Avropa Liqasında ikinci yeri tutan komanda təmsil edəcək. Hazırda bu pillənin sahibi "Qarabağ"dır. Üçüncü və dördüncü yeri tutan kollektivlər Konfrans Liqasında iştirak edəcəklər.


Chosen
13
2
senzor.az

10Sources