Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.
Msport.az xəbər verir ki, həlledici matçda Azərbaycan çempionu adını təmin edən “Sabah” “Zirə” ilə üz-üzə gəlib. Matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.
13 may (çərşənbə)
20:00. “Sabah” – “Zirə” – 2:1
Qol: Eren Aydın, 4 (0:1), Patrik Mbina, 70 (1:1), Coy Lens Mikels, 90+2 (2:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”